Ana səhifəElanlar sa sa 60
“VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatmışdır “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatmışdır Yan 24, 2021 | 11:38

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində vətənə məhəbbət hisslərini aşılamaq, Azərbaycanı gənc nəslə tanıtmaq, vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin, vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədi ilə elan olunmuş “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatmışdır.

Müsabiqəyə 3 yaş qrupu üzrə - 12 yaşa qədər, 12-17 yaş arası və 17 -21 yaş  qrupları olmaqla, Respublikamızın müxtəlif guşələrindən 1000-ə yaxın uşaq və yeniyetmə qatılmışdır.

Əvvəlcədən qeyd olunduğu kimi, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya, mövzu, kənar müdaxilə (müəllim, valideyn) nəzərə alınaraq aparılmışdır.

Nəzərinizə çatdırırıq ki, birinci turdan 500-dən çox əsər sərgilənmək üçün seçilmiş və seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri təşəkkürnamə ilə təltif olunacaq.

Tədbirə ən çox seçilən əsəri ilə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbi, Gəncə şəhər Uşaq İncəsənət məktəbi, 4 nömrəli UİM, Nizami Tədris Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, 108 nömrəli tam orta məktəb, 147 nömrəli texniki - humanitar lisey, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi, Şəki şəhər Uşaq İncəsənət məktəbi, Masallı r Onbirillik İncəsənət məktəbi, 1 nömrəli UGİM, 5 nömrəli Uşaq İncəsənət məktəbi, Vaqif Mustafazadə adına Uşaq İncəsənət Məktəbi, Mübariz ibrahimov adına Tədris mərkəzi, ƏSRA tədris mərkəzi, Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət məktəb, Fikrət Əmirov adına 6 saylı 11illik incəsənət məktəbi, Palitra art, 295 nömrəli tam orta məktəb, Artartists studio, Bakı şəhəri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, Balakən şəhər Uşaq İncəsənət məktəbi, Qax rayon Uşaq Incəsənət Məktəbi, Qazax Dövlət Rəsm Qalereyası, Qızıl Ay İncəsənət Mərkəzi, S.Ələsgərov adına 1nömrəli Uşaq İncəsənət məktəbi, Şəki Asan xidmət rəsm kursları, Şirvan Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhəri Verbal tədris mərkəzi, Xaçmaz Şəhər Uşaq İncəsənət Məktəbi, 70 nömrəli məktəb-lisey, Xətai Sənət Mərkəzi, Xocavənd 2 nömrəli tam orta məktəb, Zehra art studio və bir çox uşaq yaradıcılıq mərkəzlərinin adlarını qeyd etmək olar. Qeyd etmək istərdik ki, ən az 4  üzvü seçilən kollektivlərin adlari qeyd olunmuşdur.  Həmçinin, ölkəmizin bir çox fərqli guşələrindən gənc dostlarını müsabiqədə iştirak  etmişlər.

Ən yaxşı 21 əsərin müəllifləri aşağıda qeyd olunmuşdur.

  • Yaqub Əliyev Bəxtiyar - 1 nömrəli UGİM nəzdində nəzdində Təsviri Sənət Qalereyası
  • Kübra Aslanova - Sumqayıt şəhər 1 nömrəli UGİM
  • Mədinə Məmmədzadə - Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi
  • Məmmədli Nihad - 201 №-li tam orta məktəb Palitra Art Studiya
  • Abaslı Mehin - V.Mustafazadə adına N2 Uşaq İncəsənət Mərkəzi
  • Abbaszadə Aydan - G. Əliyeva adına 3 UİM
  • Abdullayev Elmar - G. Əliyeva adına 3 UİM
  • Alagöz Əlizadə - Qax rayon Uşaq Incəsənət Məktəbi
  • Aliyə Tomtiyeva - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Arifə Kərimova - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Aytac Ağayeva - 1 nömrəli UGİM nəzdində Təsviri Sənət Qalereyası
  • Nəcəfli Ayaz - 3 saylı UGİM
  • Məmmədova Rüqəyya - Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi
  • Nəcəfova Xumar - 4 nomreli Uşaq Incəsənət Məktəbi
  • Nuray Babayeva - Palitra art studiyası
  • Nicat Əsgərli - 108 nömrəli tam orta məktəb
  • Nərgiz Babayeva - 108 nömrəli tam orta məktəb
  • Səbinə Axundova - Şəki Asan xidmət rəsm kursları
  • Əyyubova Minə - Ucar r-n Kücəkənd kənd umumi orta məktəbi
  • Aytən Məmmədova -Xətai Sənət Mərkəzi

 

 Nəzərinizə çatdıraq ki, iştirakçılar www.xsm.az saytında tədbirlər bölümündəki “Vətənim  Azərbaycan   anketini doldurmaqla qoşulublar.  


Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edümap,Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Məlum səbəblərə görə  sərgi onlinə davam etdiriləcək və 

 

Onlayn sərgini https://xsm.az/site/v%c9%99t%c9%99nim-az%c9%99rbaycan-adli-respublika-usaq-r%c9%99sm-musabiq%c9%99sin%c9%99-qeydiyyat-basa-catdi/

linkinə daxil olmaqla və ya Azərbaycan Dövlət Rəsm Qalereyası www.azgallery.az  və Xətai Sənət Mərkəzinin www.xsm.az saytı vasitəsilə izləmək mümkündür.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook