Ana səhifəElanlar sa sa 199
Q.Qarayevin 100 illiyinə həsr olunmuş “Qürur və Düha. Yaşayan əfsanə” adlı sərgi keçiriləcəkdir. Fev 03, 2018 | 10:00

“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il tarixli Sərəncamına əsasən tərtib olunmuş yubiley tədbirləri çərçivəsində 2018-ci il fevral ayının 5-dən 11-dək Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Q.Qarayevin 100 illiyinə həsr olunmuş “Qürur və Düha. Yaşayan əfsanə” adlı sərgi keçiriləcəkdir.

Sərgidə görkəmli rəssamların Q.Qarayevə həsr etdikləri rəsm və heykəltəraşlıq əsərləri, bəstəkarın əsərlərinə çəkilmiş səhnə illüstrasiyaları nümayiş olunacaqdır. Ekspozisiyada nümayiş ounan əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Xalça Muzeyinin fondlarından və Xalq rəssamı Tahir Salahovun şəxsi kolleksiyasından götürülmüşdür.

Açılış mərasimi fevral ayının 5-də, saat 17:00-da təşkil olunacaqdır. Giriş pulsuzdur.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook