Ana səhifəElanlar sa sa 198
“21 MAY DİALOQ və İNKİŞAF NAMİNƏ ÜMUMDÜNYA MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ” mövzusunda rəsm müsabiqəsi elan edilir. Mart 13, 2018 | 15:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "Mədəniyyət" qəzeti  və Xətai   Sənət   Mərkəzi ""Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən "Bakı prosesi"nin 10 illiyinə həsr olunmuş tədbirlər  çərçivəsində  tələbələr və gənc rəssamlar arasında  təsviri  sənət  üzrə  “21 MAY DİALOQ və İNKİŞAF NAMİNƏ ÜMUMDÜNYA MƏDƏNİ MÜXTƏLİFLİK GÜNÜ” mövzusunda rəsm müsabiqəsini elan edir.

 

Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü (World Day for Cultural Diversity for Dialogue and Development) ilk dəfə 2003-cü il mayın 21-də ilk dəfə qeyd olunub. Mədəni müxtəliflik həyatımızı sivil yollarla  zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun inkişafına imkan yaradır. Bü gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.

  Mədəni müxtəlifliyi bayram etməklə yanaşı, həmçinin onun böyük bir təhlükə altında olduğunu da vurğulamaq önəmlidir. Bütün dünyada zorakı ekstremistlər mədəni azlıqları hədəf seçərək, insanlarla  onların tarixləri arasındakı əlaqəni zəiflətmək üçün ortaq mədəni mirası məhv etməyə çalışırlar. Digər tərəfdən, nəzarətsiz şəhərsalma mədəni müxtəlifliyi məhv edərək şəhərləri etalonlaşdırma təhlükəsi altında qoyur.

 Müasir dünyada mədəni müxtəlifliyin belə təhlükə qarşısında qaldığı bir dönəmdə - 2008-ci ildə "Bakı prosesi" Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

 Müsabiqə respublikada mövcud mədəni müxtəlifliyin və etnik-dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınmasını işinə töhfə verilməsi, Azərbaycan dövlətinin mədəniyyətlər arasında dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, həmçinin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənət sahəsində yeni mövzulara marağının daha da artırılması məqsədilə keçirilir.

Müsabiqəyə  qatılmaq   istəyən və yaşı 18-29 arasında olan   iştirakçı  yaratdığı tablonun   fotosu  ilə  bərabər

  1. Ad və soyad,
  2. təvəllüd,
  3. əlaqə nömrəsi
  4. əsər(lər)in adı,
  5. ölçüsü və texnikası barədə məlumatı  2018-cı il may ayının 10-dək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
  6. facebook:Bakı Xetai Senet Merkezi (https://www.facebook.com/xsm.art.az/)
  7. Whatsapp: 00994513107401
  8. Instagram: xetaisenetmerkezi
  9. Email: xsm.2016@mail.ru
  10. Az1025. Bakı şəhəri, Xocalı pr 62.

Birinci   turdan   kecmiş  əsərlər     sərgilənmək  ücün  Xətai Sənət Mərkəzinə dəvət  alacaq və müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır.

Qaliblər üç əsas mükafat (I yer - 300 AZN, II yer - 200 AZN, III yer - 100 AZN), eləcə də fəxri fərmanla mükafatlandırılacaq, eyni zamanda “Mədəniyyət” qəzetində  ən yaxşı  əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunacaqdır. 

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook