Ana səhifəElanlar sa sa 43
“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsinin yekun sərgisi 22 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir. May 21, 2018 | 10:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsinə 15 yaşa qədər 800-ə yaxın uşaq, 2000-dək işlə qatılmışdır.
Müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilmişdir. Uşaqlar əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir edən əl işlərini müsabiqəyə təqdim ediblər
Sərgidə həmçinin Qazax rayonu məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 ən yaxşı əsərin nümayişi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən yaxşı işin müəllifi festivala qatılacaq.
Müsabiqənin yekun sərgisi 22 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook