ELANLAR

1986

"AZƏRBAYCANIM" Respublika uşaq rəsm festivalının bağlanışı

06.06.2018
"AZƏRBAYCANIM" Respublika uşaq rəsm festivalının bağlanışı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi 6 iyun 2018-ci il saat 10:00-da baş tutacaq.
Tədbirdə festival çərçivəsində keçirilmiş müsabiqənin iştirakçıları arasından daha çox əsərlərində milliliyi təsvir etmiş 35 uşaq açıq havada sərbəst mövzuda plenerde özlərini bir daha sınayacaqlar və mükafatlandırma olacaq.
I yer 
II yer 
III yer 
Həvəsləndirici – 10 nəfər
Əlavə mükafatlandırma nominasiyaları:
1. Maraqlı ideya – Dövlət Rəsm Qalereyası
2. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
3. Mövzu seçimi – Rəssamlar İttifaqı
4. Rəng seçimi – Xətai Sənət Mərkəzi
5. Vətənpərvərlik mövzusu – Az Tv

Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək 
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
16:00 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.