ELANLAR

1911

“Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

31.12.2018
“Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə   azadlıq  mübarizəmizin   parlaq   səhifələrindən   olan   1990-cı   il   20  yanvar  hadisələri zamanı   xalqımızın nümayiş etdirdiyi  əzmi  və   fədakarlığı    bir  daha    unutdurmamaq   məqsədi ilə  “Azadlıq aşiqləri günü -20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

İştirakçı ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çox 3 işinin fotosunu  2018-ci il dekabr ayının 31-dək Xətai Sənət Mərkəzinin whatsapp nömrəsinə  051 310 74 01 göndərməlidir.

  • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaş qədər və 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu  edirik.
  • I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
  • Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal məktəblər tədris mərkəzləri təşəkkürnamə ilə mükafatlandırılacaq.

Sərgi  Xətai Sənət Mərkəzində  keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcəkdir.