ELANLAR

1855

Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olunacaq

04.05.2019
Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 4 may saat 13:00-da 2019-cu il tarixində Gənc İstedadlar Liseyində Ebru sənəti üzrə ustad dərs təşkil olunacaqdır. Ustad dərs AXIN qrupunun üzvləri ilə birgə Ebru sənətinə olan marağı artırmaq məqsədi ilə həyata keçirilir.  

Ustad dərsi BDU “Gənc istedadlar Liseyinin” rəsm müəllimi Türkan Abdullayeva tərəfindən tədris olunacaq. Türkan Abdullayeva Ebru təhsilini Türkiyədə Eskişəhərdə almış və bir neçə beynəlxalq sərgilərin qalibi olmuşdur.

Ebru- su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru çağatay dilində “dalğavari”, farsca “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını ifadə edir.