“Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

17.01.2020 / Sərgilər
“Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq mübarizəmizin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi əzmi və fədakarlıği bir daha unutdurmamaq məqsədi ilə elan olunmuş “AZADLIQ AŞİQLƏRİ GÜNÜ - 20 YANVAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.

Müsabiqəyə Respublikamızın müxtəlif güşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır.

Tədbirə 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur.

 

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundu.