sa sa 202
İncəsənət evinizdə-“Yenə o bağ olaydı” İncəsənət evinizdə-“Yenə o bağ olaydı” + Foto Apr 20, 2020 | 22:04 / Sərgilər

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 20 aprel saat 18:00-da “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirilib. 

Sərgi yazın, baharın ən əsası bağ mövsümünün gəlişini  xüsusi karantin rejmi, mövcud vəziyyətdə qarşılayan, evdə oturmağa məcbur olan insanları virtual şəkildə isti, lirik əhval-ruhiyyəyə kökləmək,  evlərinə daşımaq məqsədi ilə həyata keçirilib.

Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus,  Azərbaycan rəssamlığının korifey sənətkarlarının əsərləri virtual şəkildə sərgilənib.

Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov,  Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov  və s. kimi  rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış olublar. 

“Yenə o bağ olaydı” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook