sa sa 75
“Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” keçirilib “Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” keçirilib + Foto Sen 08, 2020 | 10:09 / Sərgilər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Artgift Azerbaijan'ın dəstəyi ilə 7 sentyabr saat 18:00-da “Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” keçirilib.

“Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında yeni əlaqələrin yaradılmasına dəstək olmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilib.   

Sərgidə iştirak üçün 300-ə yaxın Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamlar müraciət etmiş və  100-ə yaxın rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı üçün əsərlər qəbul edilib.      

Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalında nümayiş olunur.

Əsərləri əldə etmək üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Sərgidə alıcı və satıcılar arasında vasitəçi rolunu Azərbaycan Dövlət Rəsm Qalereyası həyata keçirir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook