8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi açılıb

09.03.2021 / Sərgilər
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi açılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçirilib.

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların ölkənin mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə təşkil olunub.

Azərbaycan qadını tarix boyunca öz müdrikliyi, dərin zəkası, elm, təhsil, mədəniyyət və digər sahələrə verdiyi töhfələrlə respublikamızın həyatında mühüm rol oynamış, Şərqin ilk demokratik respublikasında seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Müasir dövrdə demokratik cəmiyyətin inkişafında da Azərbaycan qadınının rolu böyükdür.  

Sərginin virtual ekspozisiyasında rəssamların müxətlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdirilib.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.