“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçirilib.

10.06.2021 / Festival
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində  plener keçirilib. 

Plener  “Yurdumuza bahar gəlir” adlı uşaq yaradıcılıq müsabiqəsində fərqlənən 10 uşağın iştiarkı ilə baş tutub. İştrakçılar açıq havada milli musiqi sədaları altında öz qabiliyyətlərini nümayiş etdiriblər.

Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid  Əvəzov açaraq iştirakçıları salamlayıb.  Azərbaycan Dövlət  Rəsm Qalereyasının əməkdaşı Elçin Hüseynli tədbirin əhəmiyyətindən danışıb. Xalq rəssamı Arif Hüseynov bu cür tədbirlərin müasir gəncliyin formalaşmasındakı rolundan söz açıb. Rəssam Əbdül Şərif öz fikirlərini  balaca rəssamlarla bölüşüb. Tədbirin sonunda iştirakçıların sertifikatla təltif olunma mərasimi keçirilib.