Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Emalatxanada görüş” layihəsi davam edir. - Xəbərlər - ADRQ
sa sa 1044
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Emalatxanada görüş” layihəsi davam edir. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Emalatxanada görüş” layihəsi davam edir. Fev 08, 2017 | 14:00 / Görüşlər

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Emalatxanada görüş” layihəsi davam edir.

Fevralın 6-da layihə üzrə növbəti görüş gənc rəssam Nərminə Vəliyevanın emalatxanasında keçirilib. Qalereyanın əməkdaşları rəssamın yaradıcılığı ilə yaxından tanış olublar. Rəssam öz həyatı, təhsili, çəkdiyi əsərləri, fərdi sərgiləri, aldığı mükafatlar, yeni yaradıcılıq axtarışları və gələcək planları haqqında danışıb.

Nərminə Vəliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinin bakalavr (2006-2010) və magistr (2010-2012) pillələrini fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin tədris ocağının dissertantıdır. 2006-cı ildən Dünya Uşaq Yaradıcılıq Fondunun, 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Gənc olmasına baxmayaraq bir sıra beynəlxalq simpozium və sərgilərin iştirakçısı olub. Eyni zamanda Azərbaycanda da çoxsaylı sərgilərdə iştirak edib, diplomlarla təltif olunub. 2010-cu ildə gənclər arasında “İlin ən yaxşı rəssamı” adına layiq görülüb, 2012-ci ildən isə Prezident təqaüdçüsüdür. Gənc rəssamın əsərləri “Microsoft”un prezidenti Bill Qeyts, Fransanın eks-prezidenti Jak Şirak, Estoniyanın mədəniyyət naziri Urnas Past və s. tanınmış insanların şəxsi kolleksiyalarında saxlanılır.

“Emalatxanada görüş” layihəsi Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların yaradıcılıq axtarışlarını, üslub özəlliklərini, orijinal ideyalarını ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

  Vaqif Muğallı
  Azərbaycan Dövlət Rəsm 
  Qalereyasının əməkdaşı

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook