Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları və rəssamlar “Soyqırım Memorial Kompleksi” ni ziyarət etmişdir

01.04.2019 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları  və rəssamlar “Soyqırım Memorial Kompleksi” ni ziyarət etmişdir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Soyqırım Memorial Kompleksi” sərəncamına əsasən inşa olunan abidə rəssamlar tərəfindən ziyarət olunmuşdur. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə təşkil olunmuş görüşdə iştirak edən rəssamlar soyqırımla bağlı faktlarla yaxından tanış olmuşdur.