
ELANLAR
3669
Bakıda “Xarı bülbül” adlı sərgi açılacaq
22.06.2016

İyunun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Xarı bülbül” adlı fərdi sərgisi açılacaq.Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.70-dək sənət əsərinin yer aldığı sərgidə fırça ustasının abstrakt əsərləri, realist işlər və peyzaj janrında çəkdiyi rəsmlər nümayiş olunacaq. Həmçinin, fəlsəfi yanaşma, vətənpərvərlik, xeyirxahlıq, insansevərlik kimi mövzuların nümayiş olunduğu əsərlər arasında rəssamın “Müqəddəs torpaq”, “Ruhların səsi”, “Xarı bülbülün faciəsi” “Xarı bülbülün səsi”, “Şuşa faciəsi” və başqa mövzularda işlədiyi rəsmləri də yer alıb.Sərgi bir həftə davam edəcək.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.