ELANLAR

1703

“Azərbaycanım” adlı III Respublika Uşaq Rəsm Festivalına qeydiyyat mayın 15-dək uzadılıb

30.04.2020
“Azərbaycanım” adlı III Respublika Uşaq Rəsm Festivalına qeydiyyat mayın 15-dək uzadılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “AZƏRBAYCANIM” III RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilmiş və festival çərçivəsində müsabiqə elan olunmuşdur.

Festivalda iştirak etmək istəyən çoxsaylı insanların bizə müraciətlərini və koronavirus (COVİD-19) pandemiyasını ilə əlaqədar müsabiqənin müddətinin artırılması xahişlərini nəzərə alaraq “Azərbaycanım” adlı III Respublika Uşaq Rəsm Festivalı car ilin may ayının 15-ə kimi uzadılmasına qərar verilib.

Əlavə məlumat üçün Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (azgallery.az), Xətai Sənət Mərkəzinin saytı (xsm.az) və sosial şəbəkələrdəki hesabları vasitəsilə əldə etmək mümkündür.