ELANLAR

1454

“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” adlı virtual sərgi keçirəcək

23.06.2020
“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” adlı virtual sərgi keçirəcək

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində 26 iyun saat 18:00-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” adlı virtual sərgi keçirəcək.
Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarların müxtəlif üslub və texnikalarda işlədiyi Azərbaycan əsgərlərinin hünəri, şücaəti düşmənlərimiz üçün göz dağı, xalqımız üçün isə fəxr və qürur mənbəyi olan əsərlər virtual şəkildə sərgilənəcək.
Ələsgərov Arif, Hüseynov Yusif, Mehdiyev Rafiq, Əliyev Ənvər, Qafar Seyfullayev, Kazımov Davud, Bağırov Fikrət, Nəcəfov Mirzə və s. kimi rəssamların əsərləri ilə virtual şəkildə tanış ola biləcəksiz.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ” adlı virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə izləmək mümkün olacaqdır.