
ELANLAR
“Doğma Diyar” respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında “Doğma Diyar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur.
Müsabiqənin yekun sərgisi 26 dekabr 2017-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Müsabiqənin keçirilməsində məqsəd - ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir.
Müsabiqədə 15 yaşa qədər uşaq və yeniyetmələr doğma diyarımızı tərənnüm edən mövzular üzrə hərəyə 3 əsərilə iştirak etmişlər. Müsabiqədə 800-ə yaxın uşaq, 1700-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə II tura keçmiş 150-yə uşağın 160 işinin sərgidə nümayişi nəzərdə tutulur. Sərgidə I, II, III yerlərin qaliblərinə və fərqlənən iştirakçılara həvəsləndirici mükafat və ilk dəfə olaraq müstəsna hal kimi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təsis etdiyi QRAN PRİ Mükafatının xüsusi Fərqlənmə diplomu və mükafatı təqdim olunacaqdır.
Müsabiqədə Xırdalan, Xətai, Səbail, Masallı, Suraxanı, Gəncə, Sabunçu, Günəşli, Lənkəran, Şirvan, Balakən, Yasamal, Ağstafa, Xaçmaz, Şəki, Quba,Hacıqabul, Binəqədi, Sumqayıt,Samux,Qax, Cəlilabad, Bərdə, Mingəçevir bölgələrin məktəbliləri, o cümlədən, 1 nömrəli UGİM, 4 nömrəli UGİM, Abşeron rayon UGİM,Ağstafa rayon UGİM, Altemo tədris mərkəzi,AMK tərkibində İncəsənət Gimnaziyası, Art House Baku, Avropa Azərbaycan Məktəbi, Bakı Avropa liseyi, Balakən şəhər UİM, Buzovna qəsəbəsi 4 nomrəli UİM, Cahan Art Studiya, Elif Tədris Mərkəzi, Əsra Tədris Mərkəzi, For you yaradıcılıq mərkəzi, Free children tədris mərkəzi, Gəncə şəhər 24 nömrəli tam orta məktəb, Gəncə şəhər UGİM, Gəncə Şəhər UİM, Goranboy rayon UGİM, Gun Art Studiya, Gunxanart studiya, Hacıqabul rayon UGİM, Xaçmaz rayon UGİM, «Xətai» Uşaq Rəsm Yaradıcılıq Studiyası, Xırdalan şəhər “Uğur təhsil mərkəzi”,Xırdalan Şəhər Mədəniyyət mərkəzi, Xocalı rayon UGİM, Qızıl fırça rəssamlıq kursu, Qax rayon UGİM, Quba UGİM, Laçın rayonu UGİM, Laləm art studiya,Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər UGİM-nin rəsm dərnəyi, Meridian tədris mərkəzi, Mingəçevir şəhər UGİM, Moonlight_art_house, Nar Art Studiya, Nizami rayonunda 2-ci Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlıq dərnəyi, Nur art studiya, Oğuz rayon Ümumtəhsil məktəbləri, Pozitiv Kids Studio, Sədət Art Gallery, Smart&Happy psixoloji mərkəzi, Şəki şəhər UİM, Şəki UGİM, Şirvan İstək Liseyi, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayı, Vusala’s school, Zəngin Tədris Mərkəzi,Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Zaqatala rayonu UGİM və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.