Ana səhifəElanlar sa sa 530
“YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edilir “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edilir Fev 10, 2021 | 17:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gənc nəsildə milli adət-ənənələrimizə hörmət hissini aşılamaq və milli bayramımız olan Novruzun daha dərindən dərk olunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəkiYurdumuza bahar gəlirafişasına toxunmaq və ya http://xsm.az/site/yurdumuzabahargelir/  linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil edib göstərilən anketi doldurmaqla qeydiyyatdan keçmək tələb olunur.

Qeydiyyat 2  mart 2021-ci ilədək aparılacaq.

  • Seçim üç yaş kateqoriyası üzrə keçiriləcək:
  • 12 yaşa qədər, 12-17 yaş arası, 17-21 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqlar.

Müsabiqə seçimlərindən narazı olan iştirakçılar (müəllim, valideyn  və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.2016@mail.ru mail adresinə müraciət edə bilərlər. Təşkilat komitəsinin təyin etdiyi müəyyən bir zamanda gəlib seçim komissiya üzvünün nəzarətində özünü təsdiq edə bilər.

Mükafatlandırma fondu:

  • Ən fəal 1 tədris müəssisənin kollektiv sərgisi
  • Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada  əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri:  Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook