ELANLAR

475

“Digitalart-lab” layihəsinin növbəti qonağı dizayner rəssam Hüseyn Rzayev olacaq

11.02.2021
“Digitalart-lab” layihəsinin növbəti qonağı dizayner rəssam Hüseyn Rzayev olacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  2021-ci il 12 fevral saat 20:00-da dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

Hüseyn Rzayev 1993-cü ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. O, 5 il rəsm təhsili aldıqdan sonra 2012-ci ildə Bakı Peşə Liseyini bitirmişdir. Bu müddətdə bir çox uşaq rəsm yarışmalarının qalibi seçilmiş, eləcə də "Egypt in the Eyes of Children of the World Competition" beynəlxalq yarışmasının qızıl medal mükafatçısı olmuşdur.
O, 2013-cü ildə ilk dəfə iş həyatına “PeopleBrand Azerbaijan” şirkətində illüstrator və qrafik dizayner vəzifəsi ilə start vermişdir.  

Hüseyn Rzayev 2015-ci ildə BEAT Group şirkətində illüstrator və personaj dizayneri vəzifəsinə təyin olunmuşdur. Həmçinin “The Character Design Challenge” Beynəlxalq cəmiyyətinin keçirdiyi “Hippi” mövzusunda olan yarışmada birincilik əldə etmişdir.
O, rəqəmsal incəsənət sahəsi ilə 4 ildir məşğul olur və əsas işi personaj dizaynı sahəsi üzrədir.

“Digitalart-lab” layihəsində növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.