ELANLAR

919

“Yeddi Gözəl” adlı virtual sərgi üçün rəsmlərin qəbulu elan edilir.

25.02.2021
“Yeddi Gözəl” adlı virtual sərgi üçün rəsmlərin qəbulu elan edilir.
Azərbaycan Dövlət Rəsm Qalereyası “Nizami Gəncəvi ili” çərçivəsində “Yeddi Gözəl” adlı virtual sərgisi üçün əsərlərin qəbulunu elan edir.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək məqsədilə keçiriləcəkdir. 
Sərgidə iştirak etmək istəyən rəssamlardan öz adını, soyadını qeyd etməklə, əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Sərgiyə 18 yaşından yuxarı iştirakçılar sərbəst mövzuda işlədikləri rəsmləri təqdim edə bilərlər. 
Əsərlərin qəbulu 1 mart 2021-ci il tarixinə kimi aparılacaq.
Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.