ELANLAR

1421

“AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində müsabiqə elan olunur.

02.04.2021
“AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində müsabiqə elan olunur.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi  Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi  İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqlar  yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya,Vətənə məhəbbət hisslərini artırmağa xidmət,həmçinin rəşadətli Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq  məqsədi ilə “AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur:

 Yaşı 21-ə qədər olan hər kəs  Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share)       1 və ya  2 əsərinin fotosu ilə bərabər   ad, soyad, təvəllüd,  təhsil aldığı məktəb və  əlaqə  nömrəsini yerləşdirməklə 2021-ci ilin may  ayının 2-dək  müsabiqəyə  qatıla bilər

  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və 3 hər yaş kateqoriyasına ayrıca sərgi keçiriləcək: 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası
  • Mövzu sərbəstdir
  • Uşaqların ən çox duyğu və düşüncələr ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı kənar (müəllim,valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək.
  • Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Öncə sərgilənməmiş - yeni əsərlər görmək istərdik.
  • Festivalda xarici ölkə vətəndaşları da iştirak edəbilər.
  • Müsabiqə seçimlərindən narazı olan (müəllim, valideyn  və şagird) seçimlərın elan olunduğu vaxtdan 3 iş günü ərzində  [email protected] e-mail ünvanına müraciət  edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə  canlı rəsm çəkməklə özünü təsdiq edə bilər.
  • Əlavə suallara 0513107401 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.

Əsəri sərgidə nümayiş olunan  müəlliflər diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq .

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.

Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlanfırılacaq.

Mükafatlandırma fondu:

16-21 yaş üçün

I yer – Artcreation yağlı boya dəsti (12x40ml)

II yer –  Taxta molbert

III yer – Artcreation yağlı boya dəsti (24x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation yağlı boya dəsti (8x12ml)

 

11-16 yaş arası

I yer –  Taxta molbert

II yer – Artcreation akril dəsti (24x12ml)

III yer – Artcreation sulu boya dəsti  (12x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation akril dəsti  (8x12ml)

 

11 yaşa qədər

I yer – Taxta molbert (balacalar üçün)

II yer – Akril dəsti (12x12ml)

III yer – Artcreation sulu boya dəsti (8x12ml)

Həvəsləndirici mükafat 8 nəfər – Artcreation sulu boya dəsti (6x10ml)

 

  • Festivalın gündəliyi:
    10.00 – Canlı şəkil çəkmək
    11:30 – Furşet
    12:00 – Muzeyə getmək
    14:00 – Günorta yeməyi
    15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

 

Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.

 Mətbuat dəstəkçiləri:  Azərtac, Lider TV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az  və Tanışolaq jurnalıdır.

 Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens” in Artcreation brendidir.