ELANLAR

1217

Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

06.04.2021
Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il  9 aprel tarixində saat 20:00-da Gəncə rəssamlarının virtual sərgisi keçiriləcəkdir.

Sərgi rəssamların  qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə keçiriləcəkdir.

Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində baş tutan Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən keçiriləcək.

Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdiriləcəkdir. 

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.