ELANLAR

1140

"Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutacaq.

04.05.2021
"Digitalart-lab” layihəsi çərçivəsində illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 6 may tarixində saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutacaq.

Ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək. 

Ərzuman Paşayev 1989-cu il də Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin “Rəsm və rəsmxətt” fakültəsini bitirmişdir.  “Digital” incəsənətlə  erkən yaşlarından məşğul olan Ərzuman Paşayev 2020-ci ildə dünyaca tanınmış illustrator Oleq Gert tərəfindən keçirilən “Ticarət illüstrasiyası məktəbi” adlı kursu bitirmişdir.

O, hal-hazırda “KKM group” şirkətində illüstrator vəzifəsində işləyir. Ərzuman Paşayev “Tıq-tıq xanım” cizgi filminə illüstrasiyalar, “Ad günü”, “Bizim Cəbiş müəllim”, “Əhməd haradadır?”, “Yuxu” filmlərinə komikslər  çəkmişdir.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.