ELANLAR

560

“Digitalart-lab” layihəsinin növbəti qonağı rəssam Mobil Qarayev olacaq

19.05.2021
“Digitalart-lab” layihəsinin növbəti qonağı rəssam Mobil Qarayev olacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 24 may tarixində saat 21:00-da “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olacaq.

Qarayev Mobil Ramiz oğlu 6 iyul 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

O, 2012-2014-cü illərdə Gəncə şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Xalça Tədris Mərkəzində xalçaçı rəssam kimi fəaliyyət göstərmişdir.   

Mobil Qarayev 2013-cü ildə Gəncə Dövlət Universitetinin təsviri incəsənət müəllimliyi ixtisasına qəbul olmuşdur.

Mobil Qarayev “Gəncə Avropa Gənclər Paytaxtı 2016”  və “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” beynəlxalq layihələrində könüllülərin koordinatoru, Gəncə Regional Debat Mərkəzinin 2016, 2017-ci illərdə proqram rəhbəri vəzifələrində çalışmışdır.

O, Milli Yaylaq Festivalında layihə rəhbərinin köməkçisi vəzifəsini icra etmişdir.

Rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərmiş, rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olmuşdur.

“Digitalart-lab” layihəsində növbəti görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.