Ana səhifəElanlar sa sa 298
“Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək. “Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək. İyn 30, 2021 | 03:07

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 6 iyul 2021-ci il saat 20:00-da “Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar baş tutacaq.

Layihə çərçivəsində baş tutacaq təlim kurator, sənətşünas Fərəh Ələkbərli tərəfindən keçiriləcək.

Fərəh Ələkbərli  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi və Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”-ın  “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL_AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olmuşdur.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram”  sosial media hesabları vasitəsilə izləmək mümkündür.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook