Ana səhifəElanlar sa sa 214
“Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək. “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək. İyl 18, 2021 | 10:33
Beynəlxalq Suluboya Cəmiyyəti (İWS Globe) Azərbaycandakı nümayəndəliyi olan “IWS Azerbaijan”ın və Xətai Sənət Mərkəzinin nəzdində açılmış “İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə 23 iyul tarixində saat 11:00-da “Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçiriləcək.
Müzakirə akvarel sənətinin bugünkü inkişafı, Azərbaycan rəssamlarının əsərlərində yer verdiyi bu texnikanın tətbiqinə, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarına və ölkəmizdə keçirilən akvarel sərgisinin əhəmiyyətinə həsr olunacaq.
Qeyd etmək lazımdır ki, ölkəmizdə Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik yeni akvarel əsərlərinin üzə çıxarılması, nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə rəssamlar arasında akvarel müsabiqələri və sərgilərin təşkil edilməsi həmin sahədə çalışan insanların da böyük marağına səbəb olur.
Müzakirə Xətai Sənət Mərkəzində keçiriləcək.
VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook