Ana səhifəElanlar sa sa 413
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək. “Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək. Sen 07, 2021 | 19:22

 

Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr-Zəfər Günü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən Müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi məqsədilə hər il təntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulur. Azərbaycan rəssamları da bu böyük qələbədən ilham alaraq, mövzuya həsr olunmuş dəyərli sənət əsərlərini yaratmaqdadırlar. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 6-da Vətən Müharibəsində qələbəmizin ildönümünə həsr  olunmuş “Qələbə hünəri” adlı Respublika Yaradıcılıq Sərgisi keçirəcəkdir. 

Sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçiriləcək.

Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər. 

İştirak qaydaları:

  • Sərgidə iştirak etmək üçün işlərin fotoları [email protected] elektron ünvanına göndərilməlidir.
  • Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır.
  • Sərgidə 100 əsər sərgilənəcək.
  • Seçimdə profesionallıq, mövzu və ideya orjinallığı nəzərə alınacaq.
  • Sərgidə tanınmış rəssamlarımızın mövzu ilə bağlı klassik əsərləri sərgilənəcək.
  • İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq. 
  • Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi: 10 oktyabr 2021-ci il saat 18:00-dək

Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.

Sərgidə iştirak edəcək rəssamların siyahısı 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.

Seçilmiş əsərlər 30 oktyabr 2021-ci il tarixinə qədər Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.

Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.  

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook