ELANLAR

342

“AZƏRBAYCANIM” BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI

22.05.2024
“AZƏRBAYCANIM” BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı ,Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai SənətMərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti , Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 may-Azərbaycanın Respublika Gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı 24 may tarixində saat 10:00 da Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçiriləcək.
Təntənəli açılış, musiqi nömrələri və iştirakçıların rulon akvarel kağız üzərində sulu boya ilə bir gül əsəri işləməklə davam edən festival nahar fasiləsi , akvarelçi rəssamın ustad dərsi ilə davam edəcək və günün sonunda festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom , yerlərə görə mükafatla və hədiyyələrlə mükafatlandırılacaq. Günün sonunda festival təntənəli bağlanışla sona çatacaq.
Nəzərinizə çatdıraq ki, “AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları festival çərçivəsində elan olunmuş akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun sərgilənmiş və bu sərgilərdən hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb, həmçinin sərgilərdə iştirak edən xarici vətəndaşlar sertifikatla, festivala seçilən əsərlərin müəllifləri isə festivalın diplomu ilə mükafatlandırılacaq.