ELANLAR

1903

“Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcəkdir.

27.04.2018
“Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcəkdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il may ayının 5-də “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Vətənin tərənnümü” silsiləsindən rəssamların növbəti Qusar etüd pleneri keçiriləcəkdir. 
Plenerin keçirilməsində əsas məqsəd rəssamlara doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirilir. 
Plenerə 40-a yaxın rəssam, o cümlədən 2017- ci ildə keçirilən “Vətənin tərənnümü” rəsm müsabiqəsinin qalibləri və mükafatçıları dəvət olunmuşdur. Qusar plenerində iştirak edən rəssamların etüdləri “Xətai” Sənət Mərkəzində “Etüddən gəlirəm” adlı sərgidə nümayiş olunacaqdır.