ELANLAR

2707

“Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcəkdir.

14.05.2018
“Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı 17 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirildi.
Təqdimatda 36 rəssamın plener zamanı ərsiyə gətirdikləri 80-ə yaxın işi sərgilənəcək.