ELANLAR

2265

Mənim yay tətilim - 2018

20.10.2018
Mənim yay tətilim - 2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra
Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası
və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”

çərçivəsində
“MƏNİM YAY TƏTİLİM-2018”
respublika uşaq rəsm müsabiqəsi elan edir.

Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini
çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək
məqsədi ilə həyata keçirilir.
İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə
nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını
qeyd etməklə 2018-ci il oktyabr ayının 20-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı
ünvanlarından birinə göndərməlidir.
1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
2. whatsapp: 00994 51 310 74 01
3. instagram: xetaisenetmerkezi
4. email: [email protected]
5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.
- Seçim iki yaş kateqoriyası üzrə aparılacaq:
- 12 yaşa qədər
- 12-17 yaş arası
- Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.
- Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi
və idea əsas götürüləcək.
- Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və
yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
- Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
- I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək,
incəsənət məktəbi və s.) təşəkkürnamə ilə mükafatlandırılacaq. Həmçinin müsabiqə
iştirakçılar arasında nominasiyalar üzrə əlavə fərqlənmə diplomu ilə
mükafatlandırılacaqlar.
- Ən yaxşı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
- Vətənpərvərlik mövzusu – Xətai Rayon İcra Hakimiyyəti
- Ən yaxşı Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
- Ən yaxşı rəng duyumu – Xətai Sənət Mərkəzi
- Muasirliyin təbliği – Az Tv
- Sərbəst fikir ifade etdiyine görə- Sənətşünaslar Birliyi
- Milli mövzu - Azərbaycan RespubLikası Mədəniyyət Nazirliyi
- Ən balaca iştakçıya - Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Ən yaxşı etüdə görə - “Yeni Gallery” Qalereyası

- Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai
Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.