ELANLAR

2410

Azərbaycan təsviri sənətində qrafika dünən və bugün.

30.11.2018
Azərbaycan təsviri sənətində qrafika dünən və bugün.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycan Təsviri Sənətində Qrafika Dünən və Bugün” adlı respublika rəsm müsabiqəsi elan edilir.
Məqsəd qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə yaşından aslı olmayaraq hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər Ad və soyad, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2018-cı il noyabr ayının 30-nadək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
1.facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
2.whatsapp: 00994 51 310 74 01
3. instagram: xetaisenetmerkezi
3. email: [email protected]
4.ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

Birinci turdan keçmiş əsərlər sərgi-müsabiqəyə dəvət olunacaq.

I yer-500 AZN 
II yer-300 AZN
II yer-150 AZN 
Həvəsləndirici mükafat – (5 nəfər)

Nominasiyalar
Ən yaxşı kompozisiya - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Ən yaxşı kitab qrafikasına görə - Azərbaycan Rəssamlar İttifaqı Ən yaxşı dəzgah qrafikasına görə - Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Ən yaxşı plakat qrafikasına görə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Ən yaxşı sənaye qrafikasına görə - Azərbaycan Dövlət Rəsm Qalereyası Ən yaxşı mövzu seçimi - Xətai Sənət Mərkəzi
Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.
• Qrafikada yeni xətt görmək istərdik.
• Unutmayın ki, bu bir yarışmadır və əsəriniz bu yarışmaya rəng qata bilər.
Müsabiqədə seçilmiş əsərlərlə bərabər kolleksiya əsərləri də sərgilənəcək.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.
Müsabiqənin yekun sərgisi - Xətai Sənət Mərkəzində keçiriləcək.