
ELANLAR
1729
Üzeyir Hacibeyli / Vorkşop
04.11.2018

4 noyabrda Art Tower Rəsm Qalereyasında açıq havada məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş vorkşop keçiriləcək.
Tədbir Azərbaycan Dövlət Rəsm Qalereyası , Arts Council Azerbaijan qeyri-hökümət təşkilatı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə keçiriləcəkdir.
Plenerdə gənc rəssamlar , həm də böyük nəslin fırça ustaları iştirak edəcəklər.
Tədbirə saat 14:00-dən 17:00-ə qədər baş çəkmək olar.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.azgallery.az saytına istinad zəruridir.