ELANLAR

1985

“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir

30.04.2019
“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALINA start verilir və festival çərçivəsində müsabiqə elan olunur:

          Müsabiqədə iştirak etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını  qeyd etməklə ən çoxu 3 işinin fotosunu 2019-cu il aprel ayının 30-nadək Xətai Sənət Mərkəzinin whatsapp 051 310 74 01 nömrəsinə  göndərməlidir.

  • Seçim iki yaş kateqoriyası üzrə aparılacaq: 12 yaşa qədər, 12-17 yaş arası
  • Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
  • Uşaqların əl  işlərinə  kənar  müdaxilənin  (müəllimlərin,  valideynlərin)  olmamasını  və   yeni   yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu 
  • Unutmayın ki, bu  bir  məşğuliyyət  növüdür!
  • I turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə  ilə  təltif   olunacaq  həmçinin  müxtəlif təşkilatların  nominasiyalar üzrə mükafatları olacaq.

  1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi
  3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
  4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
  5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
  6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
  7. Rəng həlli – Xətai Sənət Mərkəzi
  8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi
  9. Təbiət mövzusu – Az Tv
  10. "Nəsimi İli"nə töhfə – Lider TV
  11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery
  12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery
  13. Obraz təsviri –Sənətşünaslar birliyi
  14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci
  15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi

Sərgidən 30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.
• Festivalın gündəliyi:
10.00 – Canlı şəkil çəkmək 
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı

  • Mükafatlandırma fondu:
    I yer – stol molbert və yağlı boya dəsti
    II yer – molbert və akril dəsti
    III yer – planşetli molbert və sulu boya dəsti
    Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti
  • Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.