ELANLAR

2675

“REAL HƏYAT - REAL İNCƏSƏNƏT” adlı respublika yaradıcılıq müsabiqəsi elan edilir.

15.11.2019
“REAL HƏYAT - REAL İNCƏSƏNƏT” adlı respublika yaradıcılıq müsabiqəsi elan edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı  ilə “Nəsimi İli” çərçivəsində realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm  üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi ilə “REAL HƏYAT - REAL İNCƏSƏNƏT” adlı respublika yaradıcılıq müsabiqəsi elan edilir.

 Müsabiqədə yaşından asılı olmayaraq hər rəssam bir əsərinin fotosu ilə bərabər Ad və soyad, təvəllüd,  əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2019-cı il noyabr ayının 15-nədək Xətai Sənət Mərkəzinin whatsapp:00994 51 310 74 01 göndərməklə  iştirak edə bilər. Həmçinin, sərgidə iştirak etməklə təşkilatçılara dəstək məqsədi ilə müsabiqədən kənar əsər təqdim etmək olar.

 Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət alacaq.

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN

Həvəsləndirici mükafat - (5 nəfər)

 Nominasiyalar

  • Ən yaxşı kompozisiyaya görə –  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  • Batal janrına görə –  Azərbaycan Rəssamlar İttifaqı
  • Mənzərə janrına görə –  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
  • Uğurlu rəng həllinə görə –  Azərbaycan Dövlət Rəsm Qalereyası
  • Qəhrəmanlıq mövzusunda ən yaxşı heykələ görə –  Xətai Sənət Mərkəzi
  • Portret janrına görə –  “Sənətşünaslığın Təbliği” İctimai Birliyi
  • Məişət janrına görə – “Yeni gallery” qalereyası 
  • Tarixi janra görə –  Bakı Qalereyası
  • Ən yaxşı klassik əsərə görə –  Xətai Sənət Mərkəzi
  • Gənclər arasında ən yaxşı akademik əsərə görə –  İncəsənət Kolleci
  • Natürmort janrına görə –  Azərbaycan Pedaqoji Universiteti

 Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur.

 İkinci turda - müsabiqədən seçilmiş əsərlərlə bərabər kolleksiyalardan götürülən əsərlər də nümayiş olunacaq.

 Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif ediləcəklər.

Sərgi - müsabiqə  Xətai  Sənət  Mərkəzində  keçiriləcək.

 Realizm üslubunda çalışan rəssamın rəssamlıqda yeni mövzu və yaradıcı ideyalar naminə iştirakı gözlənilir.

Müasibəqinin media dəstəkçiləri: MƏDƏNİYYƏT QƏZETİ, AZƏRTAC, AZTV, LİDER TV, YENİCAG.RU, AZPRESS.AZ, OLAYLAR, EDUMAP, EDUONLİNE.AZ, FRAME.AZ, TANIŞ OLAQ Elmi İctimai-Bədii Jurnal