ELANLAR

1762

“AZƏRBAYCANIM” II Respublika Uşaq Rəsm Festivalı keçiriləcək

23.05.2019
“AZƏRBAYCANIM” II Respublika Uşaq Rəsm Festivalı keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika Günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin  təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  elan  olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI  May ayının 24-də səhər saat 10:00-da Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq  havada canlı  şəkil  çəkməklə-plenerlə başlayacaq. 
Nəzərinizə çatdırırıq ki, Festival çərçivəsində müsabiqə elan olunmuş, müsabiqədə ümumilikdə 1065 uşaq  2000-dən çox əsər göndərmiş, o cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş 20 əsər, həmçinin Şamaxı uşaqları ilə Şamaxıda keçirilmiş “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər iştirak etmişdir. 
Festival üçün iki yaş qrupu üzrə seçilmiş 34 uşaq dəvət olunub. 
Mükafatlandırma fondu: 
I yer – stol molbert və yağlı boya dəsti 
II yer – molbert və akril dəsti 
III yer – planşetli molbert və sulu boya dəsti 
Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti • Festivalın gündəliyi: 
10.00 – Canlı şəkil çəkmək 
11:30 – Furşet 
12:00 – Muzeyə getmək 
14:00 – Günorta yeməyi 
15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı • Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.