Ana səhifəBEYNƏLXALQ ƏMƏKDAŞLIQ sa sa

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Güreli ilə görüşmüşdür

Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Qalib Qasımov 2019-cu il mart ayının 8-də Türkiyənin İstanbul şəhərində “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Güreli ilə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında incəsənət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

“Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Gürəli Azərbaycan Dövlət Rəsm Qalereyasının dəvəti ilə Bakıda səfərdə olmuşdur.

 “Contemporary İstanbul”un qurucusu və rəhbəri cənab Ali Gürəli Azərbaycan Dövlət Rəsm Qalereyasının dəvəti ilə 2019-cu il mart ayının 13-də Bakıda bir günlük səfərdə olmuşdur.

Səfər zamanı qonaq əvvəlcə Şəhidlər Xiyabanı və Türk şəhidləri məzarını ziyarət etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini cənab Vaqif Əliyev Ali Gürəlini qəbul etmişdir. Tanışlıq xarekteri daşıyan görüşdə iki qardaş ölkə arasında incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Daha sonra qonaq Azərbaycanın muzey və qalereyalarını gəzərək ölkəmizin mədəniyyət və incəsənəti ilə yaxından tanış olmuşdur.  

Alüminium VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalisi keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilib. Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunub və “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.“ Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda  sərgilər təşkil olunub .  Biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamı iştirak edib.

2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər.

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook