Ana səhifəAXIN sa sa

AXIN
Azərbaycan Dövlət Rəsm Qalereyasının yeni layihəsi olan “AXIN” qrupu fəaliyyətə başlayır. Layihənin məqsədi müxtəlif sahəli insanların incəsənətə olan marağını artırmaq və bu sahədə maarifləndirici tədbirlər (seminarlar, sərgilər, rəssamlarla görüş, ekskursiyalar və.s) təşkil etməkdir. “AXIN” qrupuna qoşulmaqla siz incəsənətlə bağlı müxtəlif tədbirlərdə iştirak edərək bu sahədə bilik və bacarıqlarınızı inkişaf etdirə, Azərbaycan incəsənətinin bu gününün fəallarından ola bilərsiniz.

AXIN üzvü olmaq sizə nə qazandırır?!
•AXINın gənc rəssam üzvləri üçün hər ilin fevral ayında təşkil olunan yekun sərgisində iştirak etmək hüququ.
• Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi bütün sərgi və seminarlarda ödənişsiz və ya xüsusi endirimlərlə iştirak hüququ;
• Respublikada fəaliyyət göstərən əməkdaşlıq etdiyimiz muzey və qalereyalara sərbəst və endirimli giriş hüququ;
• Sadəcə AXIN üzvləri üçün nəzərdə tutulmuş həftəlik, aylıq nəzəri və praktiki ustad dərslərində iştirak hüququ;
• AXIN qrupunun istedadlı üzvlərinə öz bilik və bacarıqlarını nümayiş
etdirmək və inkişafına dəstək üçün lazımi şəraitin yaradılması;
• AXIN qrupunun fəal üzvlərinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsert və teatr tamaşalarına xüsusi dəvətnamələri əldə etmək şansı;
• AXIN qrupunun sənətşünas üzvlərinin elmi məqalələrinin Azərbaycan Dövlət Rəsm Qalereyasınınrəsmi saytında (azgallery.az) mütəmadi olaraq yayımlanması;
• Azərbaycan Dövlət Rəsm Qalereyasının Azərbaycan Rəssamlarının Vahid İnformasiya bazasından istifadə etmək hüququ;
• Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi plenerlərdə, etüd səfərlərində və digər yaradıcılıq ezamiyyələrində iştirak hüququ.
Qeyd: AXIN kartlarının qiyməti simvolik olaraq 1 illik üzvlük üçün 20 azn təşkil edir.
AXIN kartını həftə içi hər gün saat 10:00-dan 17:00-a qədər Muzey Mərkəzi, 1-ci mərtəbə, 11-ci otağa yaxınlaşıb anketi dolduraraq əldə edə bilərsiniz.
Əlavə məlumat üçün:
0777173337 whatsapp nömrəsinə yaza bilərsiniz

Tədbirlər:

 

18 mart 2020-ci il

Bilirsinizmi? Rəssamın çəkdiyi rəsm təkcə onun istedadı və akademik biliklərini deyil, eləcə də psixoloji vəziyyəti haqqında çox məlumatı özündə gizlədir. AXIN üzvləri üçün növbəti tədbirimizdə psixoloq Səyyarə Yusubova bu barədə danışacaqdır.
Tədbirin praktiki hissəsində psixoloq üzvlərin kağızlarda etdiyi eskizlərə əsasən öz fikirlərini bildirəcəkdir.Tədbirə qoşulmaq istəyən üzvlər öz AXIN kart nömrələri ilə tədbirin adını resmqalereya@gmail.com adresinə göndərə bilər.


11 mart 2020-ci il

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 11 mart saat 17:00-da AXIN üzvləri üçün nəzərdə tutulmuş növbəti tədbirdə bərpaçı rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusunda növbəti müzakirə olunacaqdır. İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələrini resmqalereya@gmail.com adresinə göndərə bilər.

1 mart 2020-ci il

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 1 mart saat 17:00-da Xalq rəssamı Ağaəli İbrahimovla AXIN üzvlərinin görüşü baş tutacaq. Tədbirdə Ağaəli İbrahimov öz yaradıcılıq yolundan söhbət açaraq iştirakçılara dəyərli məsləhətlərini verəcəkdir. İştirak etmək istəyən üzvlərdən AXIN kart nömrələrini resmqalereya@gmail.com adresinə göndərmələri xahiş olunur.

29 fevral 2020-ci il

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 29 fevral 2020-ci il saat 15:00-da “AXIN” üzvləri üçün “Oriqami” ustad dərsi keçirəcəkdir.
“Oriqami” Yaponiyada kağızdan hazırlanan fiqurların incəsənətidir. Əsasən kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən,
sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilir.
Masterklass Xarici Dillər Universitetinin Yapon dili ixtisası üzrə tələbəsi Mehintac İbrahimova tərəfindən keçiriləcəkdir.
İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələri birqə tədbirin adını resmqalereya@gmail.com adresinə göndərə bilərlər

19 fevral 2020-ci il

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 19 fevral saat 17:00-da AXIN üzvləri üçün nəzərdə tutulmuş növbəti tədbirdə bərpaçı rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə olunacaqdır. İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələrini resmqalereya@gmail.com adresinə göndərə bilər.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook