Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərlərə elektron resurslar təqdim edir

24.03.2020 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərlərə elektron resurslar təqdim edir

Məlum olduğu kimi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması üçün bir çox dövlət qurumları, qalereyalar, sərgi salonları və muzeylər fəaliyyətini müvəqqəti dayandırıb. Buna baxmayaraq, həm ölkəmizdə həm də dünya muzeyləri, qalereyalar onlayn rejimdə ziyarətçilərini qəbul etməyə davam edir.
Azərbaycan Dövlət Rəsm Qalereyası da izləyicilərin marağını nəzərə alaraq evdə olduqları zaman istifadə edə biləcəkləri faydalı elektron resursları təqdim edir.
Ödənişsiz yalnız qeydiyyatdan keçərək 670-dən çox Azərbaycan rəssamlarının bioqrafiyası və əsərləri ilə tanış ola biləcəyiniz elektron formatda portal:
http://infosourceazgallery.az/
Rəssamların yaradıcılığını əhatə edən araşdırama-məqalə və video-materialların toplandığı “Emalatxanada Görüş” layihəsinin bloq və youtube səhifəsi:
https://emalatxanadagorush.wordpress.com/
https://www.youtube.com/watch…
Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasını virtual şəkildə izləmək imkanı:
https://www.facebook.com/pg/ADRQalereya.az/photos/?tab=album&album_id=998621226945519
Bundan əlavə Azərbaycan Dövlət Rəsm Qalereyasının internet saytından (azgallery.az) həmçinin, “Youtube”, “Facebook”, “İnstagram” kimi sosial şəbəkələr vasitəsi ilə rəssamlar haqqında layihələrlə tanış ola və #birəsər həştəqi ilə başladılan incəsənət əsərlərinin təhlilini virtual izləyə bilərlər.
Xətai Sənət Mərkəzi tərəfindən keçirilən “Yurdumuza Bahar Gəlir” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisini aşağıdakı linkdən onlayn şəkildə izləyə bilərlər.
https://xsm.az/…/yurdumuza-bahar-g%C9%99lir-onlayn-s%C9%99…/