XƏBƏRLƏR
Vüqar Əli " Evdə Qal-Qalib Gəl!" layihəsində
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqəsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir.
Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası Evdə Qal, Evdə yarat! çağrışına uyğun olaraq, rəssamları Evdə Qal-Qalib Gəl! devizi altında birləşməyə yeni virtual layihəyə qoşulmağa dəvət edir.
Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.
Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.
Bu çağırışa bir çox beynəlxalq sərgi və müsabiqələrin, simpoziumların iştirakçısı Vüqar Əli də qoşulub.