
XƏBƏRLƏR
"Evdə Qal-Qalib Gəl!” layihəsi çərçivəsində "İncəsənətə giriş" mövzusunda onlayn mühazirə keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqəsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edilir.
Bunu nəzərə alaraq, Azərbaycan Dövlət Rəsm Qalereyası "Evdə Qal-Qalib Gəl!" layihəsinə start verib.
Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "İncəsənətə giriş" mövzusunda onlayn mühazirə deyib.
Nəzərinizə çatdıraq ki, mühazirələr mövzuya uyğun olaraq silsilə olaraq video formatında keçiriləcək.
Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.