“İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılıb

14.12.2020 / Sərgilər
“İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il 14 dekabr saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılıb.

Sərg milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti  artırmaq məqsədilə həyata keçirilib.

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Tahir Salahov “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanov “Xalça toxuyan”,  Rasim Babayev “Ailə”, Toğrul Nərimanbəyov “Görüş”, Maral Rəhmanzadə “Gözəl kəndimiz”, Altay Hacıyev “Qədim qab-qacaq seriyası.Səhənglər”, Xanlar Əhmədov “Yaralı əsgər”, Həyat Abdullayeva “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarov “Neftçilər”  və s. adlı qiymətli əsərləri yer almışıdır.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.