Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutub

27.12.2020 / Görüşlər
Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il 26 dekabr tarixində rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə tanışlıq görüşü baş tutub.

Görüşdə rəssam Natiq Kamal iştirakçılara yaradıcılıq fəaliyyətindən danışıb və işlədiyi əsərləri iştrakçılara təqdim edib. Sentyabr ayında start verilən “Digitalart-lab” layihəsinin növbəti mərhələsinə seçilən 14 iştirakçı özləri haqqında məlumat verərək portfoliolarını təqdim ediblər.

Xatırladaq ki, 2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.

Görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının “Elmi aşaşdırma və innovasiya” şöbəsinin müdiri  Nərgiz Əsgərovanın moderatorluğu ilə keçirilib.