Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb

03.02.2021 / Sərgilər
Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və artgift.az saytının dəstəyi ilə “Nizami Gəncəvi ili” çərçivəsində 2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılıb.

Sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək,  yaradıcılıqlarını stimullaşdırmaq məqsədi ilə həyata keçirilib.

Virtual sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənib. Bunların sırasına gənc rəssamlar Aysel Əlizadə “Narlar”, Aygün Eminli “Qayıdış”, Sədaqət İsmayılova “Qarabağ xalçası”, Şahin Nəcəfov “Şamaxıda bahar”, Lamiyə İmanova “Göl”, Vüsalə Şərifova “Badam sırğalı qız”, Aqil Həşimovun “Təbiətin rəqsi” və s. adlı əsərləri yer almışdır.

Sənətsevərlər, həmçinin, virtual sərgidə seçilmiş əsərləri artgift.az incəsənət əsərlərinin satış portalına keçid edərək əldə edə bilərlər.