
XƏBƏRLƏR
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçirilib
1613203295.png)
Fevralın 13-də Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dizayner rəssam Hüseyn Rzayev ilə “Digitalart-lab” layihəsi iştirakçılarının onlayn görüşü baş tutub.
Görüşdə rəqəmsal incəsənət sahəsi üzrə mütəxəssis Hüseyn Rzayev “Personaj dizaynı” mövzusunda layihənin iştirakçılarına məlumat verib və öz təcrübələrini bölüşüb. Ustad dərsin praktiki hissəsində rəssam layihə iştirakçılarına personaj dizaynı sahəsini mərhələli şəkildə izah edib və onlayn şəkildə vacib məqamları göstərib.
Tədbirin sonunda praktiki hissə qiymətləndirilib, rəqəmsal incəsənətin bugünkü inkişafı, rəssamların bu sahədə qarşılaşdığı problemlər və iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, ustad dərsi “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.