“Digitalart-lab” layihəsinin növbəti qonağı rəssam Mobil Qarayev olub

25.05.2021 / Görüşlər
“Digitalart-lab” layihəsinin növbəti qonağı rəssam Mobil Qarayev olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olub.

Görüş rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib. 

Görüşdə Mobil Qarayev bu sahədə qazandığı təcrübələrini “Digitalart-lab” layihəsinin iştirakçıları ilə bölüşüb, öz portfoliasını təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.     

Xatırladaq ki,  rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərmiş, rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olmuşdur.

Görüşü Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.