2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” sərgisi keçirilib.

02.02.2022 / Sərgilər
2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” sərgisi keçirilib.

Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Heydər Əliyev sarayının təşkilatçılığı ilə “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “AXIN” sərgisi keçirilib.

Sərgi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə baş tutub.

Tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov “Gənclər Günü”nün əhəmiyyətindən danışıb və qeyd edib ki, dövlətimizin prioritet məsələrindən biri gənclər siyasətidir.

Daha sonra sərgidə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov qonaqları salamlayaraq, gənclərin dövlətimizin ictimai və mədəni həyatında baş verən proseslərə necə reaksiya göstərdiklərini, Azərbaycan gənclərinin düşüncəsinin, baxışlarının, xüsusilə gənc rəssamların yaradıcılığında bu baxışların təzahürlərinin formlaşmasından bəhs edib və sərginin əhəmiyyətindən söz açıb.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev təqdim olunan əsərlərdən və gənc rəssamların yaradıcılığından danışıb, onlara uğurlar arzulayıb.  

Qeyd edək ki, sərginin ekspozisiyasında “AXIN”  qrupunun 41 gənc rəssamının əsəri yer alıb.