“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqəyə əsər qəbulu başa çatıb.

04.05.2022 /
“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqəyə əsər qəbulu başa çatıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli” çərçivəsində uşaqlar, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mənəviyyatını, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində keçirilən müsabiqəyə əsər qəbulu başa çatıb.

Tədbirə respublikanın müxtəlif guşələrindən 1500-dən çox uşaq, yeniyetmə və gənc 2000-dən çox əsər təqdim etmişdir.

Seçilmiş əsərlərin müəlliflərinin siyahısı 2022-ci il may ayının 10-dan sonra təqdim olunacaq və seçilmiş əsərlər sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.

Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

 

Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı. 

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”in Artcreation brendidir.