“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində sərgi keçiriləcək

16.05.2022 / Sərgilər
“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində sərgi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli”nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində keçirilən müsabiqəyə seçilmiş  əsərlər  2022-ci ilin 18, 19, 20, 21 may tarixlərində Xətai Sənət Mərkəzində təşkil olunacaq sərgidə növbəli sürətdə nümayiş etdiriləcəkdir.

Əsərləri elektron kataloqda  https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022 yerləşdirilmiş müəlliflər əsərlərini 2022-ci il may ayının 16-dan sonra Xətai Sənət Mərkəzinə sərgilənmək üçün təqdim etməlidirlər.

  • Əsərlər çərçivədə təqdim olunmalıdır.
  • Əsəri sərgidə nümayiş olunmaq üçün seçilmiş müəlliflərə sertifikatlar veriləcək.
  • Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.
  • Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Tədbirin gedişini Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook - ADRQalereya.az, instagram - @azgallery.az) həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə izləmək mümkün olacaq.

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində xsm.[email protected] e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Tədbirdə ən azı 3 əsəri ilə təmsil olunan tədris mərkəzləri  (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828863/tdbird-n-az-3-sri-il-tmsil-olunan-tdris-mrkzlri-tskkurnam-il-mukafatlandrlacaq təşəkkürnamə ilə mükafatlandırılacaq.

 Mətbuat dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az,  xsm.az  və Tanışolaq jurnalı

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”in Artcreation brendidir.